"Yaxşı qız bara, diskotekaya gedər? - CAVABLAR

05 Yanvar 2017, 15:11
AAA
Xəbər verdiyimiz kimi, yeni il günü İstanbulun mərkəzində yerləşən "Reina" klubunda dəhşətli terror aktı olub.
 
Nəticədə 38 nəfər ölüb, 60 nəfər yaralanıb. Terrorun qurbanı olan şəxslər arasında əslən azərbaycanlı Nuranə Həsənova da olub.
 
Nuranənin qətlə yetirilməsi xəbəri yayılandan sonra sosial şəbəkələrdə bu mövzu trendə çevrilib. İstifadəçiləri hiddətləndirən isə bir qrup şəxsin "qızın gecə klubunda nə işi var?" yazmaları olub.
 
AZXEBER.COM bu sualla bağlı kiçik sorğu keçirib.
 

 
Tanınmış psixoliq Fərqanə Mehmanqızı açıqlamasında deyib ki, Nuranəni tənqid edən qızlar beyinləri ilə düşünmür: "Bilirsiniz necədi, kütlə baş-beyinlə düşünmür, onurğa beyinlə düşünür. Kütlə psixologiyasında belə reaksiyalar normaldır. Kütlə nə qəhrəmandır, nə qatil. Kütlə idarə olunur və onu kimlər nə məqsədlə idarə edirsə, kütlə o məqsədə istifadə olunur və maşaya çevrilir. Bu gün dinin gərəksiz darlığını inkişaf etdirmək üçün də bu məqsədə uyğun kütlədə istifadə edirlər və bu yolda ajiotaj yaratmaq üçün müxtəlif hadisələri seçirlər. Bu gün cəmiyyət araşdırmaq, empati qurmaq istəmir. Cəmiyyətin bir işi var: "İttiham ittiham!!" Hər kəs qızın bara niyə getdiyini danışır, onun ölümü heç kimə önəmli deyil. Bu insanlığın xislətidir, öz günahını, səhvini ört- basdır etmək üçün bir başqasını günahlandırmaq. Bu hərəkət də öz aləmində insanın "vicdanın" rahatladır. Özünü daha ağıllı daha üstün bilir. Mənə bu bu məsələdə maraqlıdır ki, görəsən niyə hər kəs belə məsələlərdə dindən istifadə edir, nyə görə din ortaya atılır? Bəs insan ölümü, insan faciəsi niyə unudulur? Bir din xadimi ortaya çıxıb, niyə bu adamları susdurmur?
 

 
İlahiyyat üzrə fəlsəfə doktoru, ilahiyyatçı alim Əkrəm Həsənov bu məsələdə bəzi din adamlarını qınayıb: "Biz azərbaycanlıyıq. Azərbaycan adı daşıyan hər kəs bizim ölkəmizdə Allaha inancı olan şəxs kimi tanınır. Müasir dövrümüzdə nə qədər fikir axınları olsa da bizim özümüz harada azərbaycanlı görürüksə, tanıyırıqsa onu özümüzə doğma, əziz hesab edirik. Onu inanclı hesab edirik. Türkiyədə terror nəticəsində dünyasını dəyişən azərbaycanlı qızımız Nuranə Həsənova da bir azərbaycanlı idi. Onun da özünün digər azərbaycanlılar kimi Allaha inancı var idi. O da vətənini, vətəndaşlarını sevirdi. Allah təala insanları elə yaradıb ki, onlar inanclı olub-olmamasından asılı olmayaraq da əyləncəyə meyillidirlər. Əlbəttə hər bir kəsin qəlbində inancı olsa da onun əylənməyə, xoşbəxt olmağa haqqı vardır. Bu haqqı Allah təala insanlara bu dünyada da bəxş edibdir. O qızın terror nəticəsində dünyasını dəyişməsi hadisəsi sosial şəbəkələrdə paylaşılandan sonra bəzi özünü dindar hesab edənlər onu qınamağa başladılar. Onu hansısa gecə barında əylənən qız kimi təqdim etdilər. Onun yeni 2017-ci ili təqvim ili qarşılamasını və bunu hansısa restoranda, gecə klubunda keçirməsini insanlar yanlış anlayaraq onun haqqında dedi-qodu etdilər. Hətta bəziləri sanki sevirənərək belə ifadələr işlətdilər ki, "bir azərbaycanlı qızın barda nə işi vardı ki, orda da öldü”. Yəni, bir növ bu insanlar terrora haqq qazandırdılar.
 
İlahiyyatçı deyib ki, İslam dininə görə Nuranə günahsızdır: "Çox az insanlar oldu ki, terror edənləri qınadılar. Üstəlik elə fikir axınları oldu ki, onlar belə insanların əyləndiyi yerlərdə terror edənləri haqlı hesab etdilər. Bax bu düşüncə islama ziddir. Ona görə ki, Qurani Kərimdə və hədislərdə terrorçular lənətlənir. Dinimizdə bir insanı öldürmək bütün bir bəşəriyyəti öldürmək kimi böyük günah hesab olunur və bunun ağır cəzası olacağı bildirlir. O qız trerrorun qurbanı olmasaydı sabah ailə qurardı, ondan dünyaya müsəlman övladlar gələrdi. Bunu düşənən olmadı. Ancaq çoxları qızı qınadılar. Bu insanların, radikal dindarların anlayışlarının dar olduğunu göstərir. Belə fikirlər gələcək üçün təhlükəli fikirlərdir. Çünki din adı altında terror edənlər əvvəlcə belə yerlərdən başlayırlar, daha sonra isə incnlı insanları qətl edirlər. Günahsız körpələr, yaşlı insanlar terrorun qurbanı olur. Bunun səbəbi elə bu cür düşüncədən qaynaqlanır. Allah rəsulu bu cür düşüncəni qadağan edib. İnsanlar haqqında gözəl düşünməyi tövsiyə edib. Bu fikirlər əlbəttə dinin təhrif olunmasından ortaya çıxır. Bu gün ölkəmizdə belə yanlış düşüncənin sosial bazası yaradılır. Biz bununla bağlı dəfələrlə mətbuatda fikrimizi bildirmişik. Elə din adı altında özlərini din dəvətçisi hesab edənlər olur ki, onlar insanları radikal düşüncələrə təhrik edirlər və nəticədə belə yanlış düşüncələr ortaya çıxır. Cəmiyyətin belə terrorçulara haqq qazandırma fikrinə yoluxması olduqca böyük təhlükənin astanasında olduğumuzu göstərir. Dinimizə görə o qız günahsız hesab edilir. Ona görə ki, onun məqsədi insanlara qarşı pislik etmək deyildi. Sadəcə bir az sevincli idi. Sevinc hissini də insana Allah verib. Hansısa bir terrorçunun haqqı yoxdur ki, insanların sevinc hisslərini əlindən alsın. Alıbsa həmin terrorçu Allaha qarşı üsyan edibdir. Bunun da bədəli dünyada və axirətdə ağır ödəniləcəkdir".
 

 
Tanınmış araşdırmaçı jurnalist Ləman Əliəşrəf qızı isə bu məsələyə daha sərt reaksiya verib: "Uşağı ailədən də qabaq məktəb, mühit öyrədir, tərbiyə edir. İndi biz hansı savadlı kadra, hansı dünyagörüşü zəngin gəncliyə iddia edə bilərik? Ona görə Türkiyədə barda terror qurbanı olan qıza qarşı bu gün Azərbaycanda mənəvi terror siyasəti həyata keçirilir. Sanki ölənin ruhunu təhqir etməkdən ötrü ” ölür”, dəridən-qabıqdan çıxırlar. Məni Nuranə adlı o gənc qızın bu cür dəhşətli ölümündən də çox millətinin namus-qeyrət dağarcıqlarının münasibəti məyus elədi. Hara gedirik? Bu cür məhdud düşüncəli insanları ilə mənim Azərbaycanımın dünya xəritəsində yeri hardadır görəsən? Ümumiyyətlə, elə bir yer varmı? Tapsanız, xəbər edin".
 

 
Bəstəkar, aparıcı Azər Şirin isə sosial şəbəkədə məsələylə bağlı qalmaqallı paylaşım edib: "Son günlərin aktual xəbərlərindən biri də Reinada ölən azərbaycanlı qız və onun xəbərinin altına yazılan səviyyəsiz şərhlərdir. Mən o xanımın ölümünə kədərlənən bütün bacı və qardaşlara başsağlığı verirəm. Axır qəminiz olsun. Amma gələn dəfə ehtiyatlı olun. Bacınızı daha təhlükəsiz klublara istirahətə göndərin. Hamının əylənməyə haqqı var, elə deyilmi? Başınız sağ olsun".
 
AZXEBER.COM

Oxunma sayı : 19394

Loading...
SON XƏBƏRLƏR
Biləsuvarda 9 yaşlı qız çaya düşərək boğulub - 25 Fevral 2017, 20:07
XİN-dən cəbhədəki gərginliyə REAKSİYA - 25 Fevral 2017, 19:47
Əflatun Amaşovdan cəbhədəki vəziyyətlə bağlı KİV-ə ÇAĞRIŞ - 25 Fevral 2017, 19:34
Xocalı faciəsi “Park Cinema”nı dayandırmadı - FOTOFAKT - 25 Fevral 2017, 19:18
Ordumuz düşmənin atəş nöqtəsini darmadağın etdi - SON DƏQİQƏ - 25 Fevral 2017, 18:34
İstanbulda Xocalıya Ədalət Həftəsi keçirilib-FOTOLAR - 25 Fevral 2017, 17:50
Hərbçilərimizin "neytral"da vurulması iddiasına cavab - Cəbhədə pusqu - 25 Fevral 2017, 16:57
Cəbhədə son vəziyyət - VİDEO - 25 Fevral 2017, 16:39
Tanınmış aparıcının yaxın qohumu faciəvi şəkildə öldü - 25 Fevral 2017, 15:11
Dostu 21 yaşlı oğlanı özünü öldürmək həddinə çatdırdı - 25 Fevral 2017, 14:33
2-3 sakinin borcuna görə 500 ailənin suyu verilmir - 25 Fevral 2017, 14:19
Hökumətdən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA - 25 Fevral 2017, 14:14
"Ermənistan törətdiyi təxribata görə peşman olacaq" - 25 Fevral 2017, 12:49
Cəbhədə nə baş verir: Silahlar niyə susmur? - 25 Fevral 2017, 12:12
Əli Əhmədovdan 25 uşağın mənzillə təminatına MÜNASİBƏT - 25 Fevral 2017, 11:56
ABŞ dolların bahalaşma tarixini açıqladı - Məzənnə yüksəldi - 25 Fevral 2017, 11:49
Bakıda şəkər xəstəsi intihar etdi - 25 Fevral 2017, 11:42
Ağdamda vəziyyət necədir? - İcra başçısından açıqlama - 25 Fevral 2017, 11:19
Dolların bu günə olan məzənnəsi açıqlandı - Rəsmi - 25 Fevral 2017, 10:57
Yardımlıda məscid yandı - 25 Fevral 2017, 10:40
Kreditini ödəyə bilməyən azərbaycanlılar aksiyaya başladı - 25 Fevral 2017, 10:38
İnstagramda yeni funksiya - 25 Fevral 2017, 10:30
"Düşmən mövqelərimizə soxulmağa cəhd göstərib, itkilərimiz var" - Azərbaycan MN - 25 Fevral 2017, 10:27
"Ən yaxşı həyat yoldaşı" olan bürclər - SİYAHI - 25 Fevral 2017, 10:13
Peruda ağır yol qəzası: 19 ölü - 25 Fevral 2017, 10:06
İŞİD Əl-Babda terror törətdi - 25 Fevral 2017, 08:16
Üçüncü dünya müharibəsinin ilk siqnalı verildi - 25 Fevral 2017, 00:59
Azərbaycanda ŞOK ELAN: Saytda marixuana satılır - VİDEO - 25 Fevral 2017, 00:49
Azərbaycanda quş qripi varmı? - 24 Fevral 2017, 22:04
450 min yeni iş yeri açılacaq - Əhaliyə şad xəbər - 24 Fevral 2017, 21:48
“Eldar Mahmudov prosesdən qalib çıxdı”- "Akula Akif"dən Bakıya mesaj - 24 Fevral 2017, 21:25
“Beynəlxalq Bank”da kuryoz hadisə - Sahibkarları belə aldadırlar - 24 Fevral 2017, 20:38
İlham Əliyev sərəncam imzaladı - İmtahan bu abituriyentlər üçün pulsuz olacaq - 24 Fevral 2017, 19:30
Prezidentdən 64 min insanı maraqlandıran sərəncam - 16 milyon ayrıldı - 24 Fevral 2017, 18:58
Ağdaşda iki avtomobil toqquşub: Ölən var - 24 Fevral 2017, 18:51
Mehriban Əliyeva vitse-prezident olandan sonra ilk dəfə danışdı: "Bu mənim üçün çox vacibdir" - 24 Fevral 2017, 18:15
Bu universitetə rektor əvəzi təyin edildi - Nazirdən əmr - 24 Fevral 2017, 17:51
Dolların növbəti üç günə olan məzənnəsi açıqlandı - 24 Fevral 2017, 17:38
Gecə klubunda oğlanlarla görüntüsü yayılan hicablı qıza GÖZLƏNİLMƏZ TƏKLİF - 24 Fevral 2017, 17:29
"Facebook"da bu da olacaq - Yenilik - 24 Fevral 2017, 17:24
Bakıda güzəştli mənzillərin inşası ilə bağlı daha bir addım - 24 Fevral 2017, 17:14
Bakıda sakinləri şok-a salan qəbz: 220 manatlıq kommunal haqqı - 24 Fevral 2017, 16:59
Lerikdə baş verən dəhşətli faciədə sağ qalan ata: "İstədim içəri girim, gördüm ki, evi basıb dağıtdı" - 24 Fevral 2017, 16:46
Avropa Liqasında 1/8 finalın püşkü atıldı - "Beşiktaş"ın rəqibi bəlli oldu - 24 Fevral 2017, 16:37
Azərbaycandan Xəzərdə möhtəşəm layihə – Prezident qərar verdi - 24 Fevral 2017, 16:27
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10