Şəmkirdə direktorla müəllimə arasında seks kaseti qalmaqalı: Məktəbdə porno film çəkiblər

11 Yanvar 2017, 18:55
AAA
 
Şəmkir kənd məktəbində səs-küylü qalmaqal yaranıb. Belə ki, rayonun Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində laborant işləmiş Xatirə Əliyeva redaksiyamıza müraciət edərək, məktəb direktoru haqqında ağır ittihamlar irəli sürüb. 

Onun sözlərinə görə, direktor Akif Namazov diplomuna imtina gəlmiş müəllimlərdən külli miqdarda rüşvət alıb, şantaj yolu ilə onu işdən çıxardıb: "Məktəbimizdə 400 şagird təhsil alir. Lakin davamiyyət 50 faizdən aşağıdır. Şagirdlərdən iki nəfər azyaşlı olmalarına baxmayaraq ailə həyatı qurub. Hazırda Rusiyada alver edən şagirdlərin adı dərs jurnalında gedir. Bəs, Akif Namazov kimdir? O, vaxtilə türmə həyatı sürmüş,  öz uşaqlarına tərbiyə verməyi bacarmayan (oğlu 2016-ci ildə gənc əsgərlərdən "reketçiliklə” pul aldığına görə 6,5 il cəzası alıb) müəllimdir. 24 dekabrda müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı bəzi müəllimlərimizin diplomlarına imtina gəlmişdi. Diplomların skaner olunub bazaya yüklənməsini tapşırmışdılar. 

Diplomlar yoxlanıldıqdan sonra müəllimlərin imtahana buraxılmasına icazə verildi. Diplomların düzəldiyini bilən Akif Namazov müəllimlərin bəzilərindən müxtəlif məbləğlərdə pul tələb etdi, guya bu, nazirlikdən tələb edilib. Beləliklə hər sentyabrın əvvəlində və hər ay direktor müəllimlərdən müxtəlif şantajlarla pul toplayır. Bu haqda əlimdə səsyazıları da var. Məni də şantaj edib, bu günlərdə işdən çıxartdı. Buna səbəb kimi isə məktəbdə olan kompüterlərin sayının normativə görə kompüter laborantlarının sayı ilə uyğun gəlməməsini əsas gətirdi”.

Adıçəkilən məktəbin direktoru Akif Namazovla əlaqə saxladıq. Direktor ona qarşı edilən ittihamlarla bağlı çox ilginc açıqlama verib. 

Direktorun sözlərinə görə, laborant Xatirə Əliyevanı seks videolarına görə işdən azad edib: "Birinci ona görə işdən çıxartmışam ki, ştat artıq olub. O, özünə lazım olan böhtanları deyir, amma həqiqəti gizlədir. İndi mən sizə həqiqəti deyim. Demək, 14 kompyüterə bizdə iki laborant düşür. Onun da ştatı artıq idi. Xidmətçilərin hesabına ona ştat düzəldiblər, bunun üçün də 3 min manat pul verib. O, məktəbin müəyyən sənəd işlərini görürdü. Mən də şagirdlərin qeydə alınması üçün noutbook almışdım. O da həmin noutbooku evə aparıb gətirirdi. Ayın 9-da mən o kompüteri onun əlindən alım. O, çox çalışdı ki, həmin noutbooku geri alsın, bəhanə də gətirdi ki, mənim orada ailə şəkillərim var. Sən demə, noutbooka o, seks videoları qoyubmuş. Mən onu üzə çıxartmışam. 

Təsəvvür edin ki, canlı seksdir. Mən bu yaşa çatmışam, amma belə canlı seks görməmişdim. O, çox istədi ki, kompüteri alıb, o videoları sildirsin, amma mən buna imkan vermədim. Sonra Şəmkir rayon Təhsil Şöbəsində onun "oynaşları” var. Onların yazışmalarını tutmuşam. Beləliklə onun əmri 6 yanvarda verildi, işdən çıxartdım. Ona dedim ki, çıx işdən, bir daş altda, bir daş üstdə... Mənə 500 manat təklif etdi ki, o videolar silinsin. Mən də götürmədim. Daha sonra gecə ilə kiminsə əli ilə otağıma girib, kompüterdən həmin videoları sildirib. Bu, dekabrın 20-dən 21-nə keçən gecə baş verib. Mən də polisə zəng etdim. Polis də tökülüb gəldi. Məsələ ilə bağlı ifadə verdilər. Amma sonra pul verib, özlərini xilas edə bildilər. 

Mən onu ştatda artıq olmaq adı ilə işdən çıxartdım. Video məsələsini isə kənara qoydum. Çünki bu, həm onun, həm də məktəbin adına biabırçılıq idi. Mən ona hörmət etdim. Onu açıq deməyəcəkdim, ta ki, otağımın qapısı açılanacan. Direktorun qapısının gecə açılması nə deməkdir? Polisə də deyib ki, Akif müəllim məndən "nəsə” istəyib. Yalançının atasına lənət... Guya mən onunla yaşamaq istəmişəm. Kimin yanında, nə vaxt istəmişəm. Sən 3 ildir ki, məktəbdə işləmişən, necə olur ki, 3 il ərzində istəməmişəm, indi istədim? Nəyə görə? Sübutun varmı? Çoxları mənə deyirdi ki, o, uşaqların tərbiyəsini pozur, çıxart onu işdən…”

Direktor diplom işinə imtina gələn müəllimlərdən rüşvət alması ittihamına da cavab verib: "Bəli, bəzi müəllimlərimizin diplomuna imtina gəlmişdi. Lakin sonra ciddi araşdırma aparıldı, məlum oldu ki, onlar haqqında düzgün məlumat verilməyib, sənədləri yerindədir və onlar imtahana buraxıldı. Əgər bu, yalan olsa, mənim pencəyimi götürüb, məktəbdən getməyə hazıram”. (musavat.com)

Oxunma sayı : 71423

Loading...
SON XƏBƏRLƏR
Gürcüstan hökuməti Azərbaycan prezidentinə təşəkkür edib - 21 Avqust 2017, 21:16
Hacıqabul sakini avtomobilin altında qalaraq ölüb - 21 Avqust 2017, 20:22
ATV-nin məşhur serialları efirə qayıdır - FOTOLAR - 21 Avqust 2017, 19:09
Restoran sahibi namaz qıldığı üçün ofisiantı işdən qovdu: "Bura namaz qılmaq yeridir?" - 21 Avqust 2017, 18:31
"Pedofiliyaya meyli olan bir şəxsin fərqinə varmaq olduqca çətindir, səbəb..." - 21 Avqust 2017, 18:14
“Mən də sizi çox istəyirəm” - Prezidentin sakinlərlə səmimi dialoqu - 21 Avqust 2017, 18:06
“Neftçi”dən daha bir antirekord - 21 Avqust 2017, 17:57
Ali məktəblərin boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlandı - 21 Avqust 2017, 17:51
Rəşad Məcid qısqanılır, hər kəs kimi olmadığı üçün... - 21 Avqust 2017, 17:36
Əsgərlikdən gəlib sevdiyi qızı kimsəsiz binaya apardı və... - Bakıda inanılmaz hadisəsi - 21 Avqust 2017, 17:17
Elnurun yeni klipi izlənmə rekordu qırır - VİDEO - 21 Avqust 2017, 17:14
"Biz tərəfdə tumanla şəkil çəkdirməyən kişilərə pis baxırlar" - Nadir - 21 Avqust 2017, 17:11
İt dişlədiyi üçün ölən 5 yaşlı Zeynəbin həkimi cəzalandırıldı - Araşdırma başlayıb - 21 Avqust 2017, 17:01
İcra Hakimiyyəti mərkəzi bazarı bağladı: - Ticarətçilərlə qarşıdurma - 21 Avqust 2017, 16:57
Daha bir ANS-çi ARB-də veriliş aparacaq - 21 Avqust 2017, 16:55
"Abşeron" Gənclər Şəhərciyində qaz kəsildi, "Akkord" şirkətin pulunu vermir - 21 Avqust 2017, 16:54
“Ərzaq məsələləri həllini tapmalıdır” - Prezident - 21 Avqust 2017, 16:52
Azərbaycanda mürəbbə festivalı keçiriləcək - 21 Avqust 2017, 16:47
"Məni bu hala “ElMed” klinikasında saldılar" - Faytonçu Nazim adları açıqladı - 21 Avqust 2017, 16:31
Azərbaycanda sahibsiz itlər axtalanacaq: Qərar verildi - 21 Avqust 2017, 16:31
Azərbaycanlı azyaşlı uşaqlarını oğurlayıb Bakıya yola düşdü - 21 Avqust 2017, 16:18
Elza Seyidcahan: "Gəl öp məni, məşhur olaq…" - 21 Avqust 2017, 16:13
İlham Əliyev FHN-ə Gürcüstanla bağlı tapşırıq verdi - 21 Avqust 2017, 16:01
"Gələcəyə baxış” Avropaya İnteqrasiya İctimai birliyi Mingəçevir köçkün şəhərciyində tədbir keçirib - 21 Avqust 2017, 15:42
Bakıda kişi erotik şəkilləri ilə şantaj edildi: "Pulu gətirməsən, paylaşacam" - 21 Avqust 2017, 15:28
Bakıda Rusiya səfirliyinin avtomobili qəzaya düşüb - 21 Avqust 2017, 15:26
Bu da «Bozbaş pictures»in ağsaqqalının nişanlısı — FOTO - 21 Avqust 2017, 15:23
Prezidentdən icra başçısı ilə bağlı - Sərəncam - 21 Avqust 2017, 15:14
“Azərbaycanda öz maşınına bu elanı yazanlar cərimələnəcək” – 50-2000 AZN - 21 Avqust 2017, 15:04
Arvadından şübhələnən kişi görün nə etdi: Yataq otağına səsyazma aparatı qoydu və ... - 21 Avqust 2017, 14:56
Aygün Kazımova gənc oğlanla yataqda - FOTO - 21 Avqust 2017, 14:50
İspaniyanın "Marka" qəzeti: “Qarabağ” tabe olmadığı ölkəni təmsil edir - FOTO - 21 Avqust 2017, 14:42
Ramil Usubov onları işdən çıxardı - Əmr - 21 Avqust 2017, 14:38
Rusiyalı idmançını döyə-döyə öldürən azərbaycanlı Anar kimdir? - FOTOLAR - 21 Avqust 2017, 14:11
"Kopenhagen" - "Qarabağ" matçının hakimləri bəlli oldu - 21 Avqust 2017, 13:56
Könül Xasıyevaya 70 min "pul atan" müğənni barədə - Həbs qərarı - 21 Avqust 2017, 13:38
Azərbaycanda ən yaxşı və ən pis özəl universitetlər bunlardır - SİYAHI - 21 Avqust 2017, 13:27
Nazirlik insanlara xəbərdarlıq etdi - Hava proqnozu - 21 Avqust 2017, 13:23
“Premium Clinic”in baş həkimindən Baş prokurora şikayət - 21 Avqust 2017, 13:13
"Neftçi"nin baş məşqçisi istefa verdi - 21 Avqust 2017, 12:47
Yaşar Nurinin qızı müğənni oldu - FOTOLAR - 21 Avqust 2017, 12:27
Bakıda 5 yaşlı oğlunu boğaraq öldürən qadın: "İsa peyğəmbəri əvvəllər görmüşdüm" - 21 Avqust 2017, 12:24
Azərbaycan vətəndaşından 2 milyon dollarlıq qızıl tutuldu - 21 Avqust 2017, 12:17
Sürücünü tapança ilə hədələyən şəxslə bağlı yeni xəbər - Kimliyi bilindi - 21 Avqust 2017, 12:15
Tanınmış azərbaycanlı sehrbaz qəzada öldü - FOTO - 21 Avqust 2017, 11:59
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10