Prezident Nazirlər Kabinetinin iclasında hansı məmuru tənqid etdi? - “Əks halda özlərindən küssünlər...”

11 Yanvar 2017, 17:14
AAA

Ötən gün prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib. Prezident iclasdakı yekun nitqində iqtisadiyyatın bir çox sahələri ilə bağlı mövcud olan problemlər və planlar barədə danışıb.

Prezidentin çıxışında yer verdiyi məqamlardan biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin gedişində meydana çıxmış problemlər barədədir.

Prezidentin çıxışından belə məlum olur ki, tikintinin birinci mərhələsinin başa çatması ilə bağlı qrafikə əməl olunmayıb. Və İlham Əliyev bildirib ki, limanın birinci mərhələsinin tikintisi bu il başa çatmalıdır.

Prezidentin çıxışından sitat: "Həm bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək. Sadəcə olaraq, bu layihənin podratçıları da öz məsuliyyətini dərk etməlidirlər. İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir. Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə, bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər».

Bəs prezidentin bu sərt xəbərdarlığı kimlərə ünvanlanıb? Strateji əhəmiyyət daşıyan iqtisadi layihənin həyata keçirilməsini ləngidənlər, bu işə görə məsuliyyət daşıyanlar kimlərdir?

Sayt yazır ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının təməli 2010-cu ildə qoyulub. Kompleksinin layihəsi Hollandiyanın "Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb.

Nəqliyyat Nazirliyinin rəsmi saytında göstərildiyi kimi liman kompleksinin 400 hektarlıq ərazisinin tikintiyə hazırlanması, habelə Bakı-Ələt-Gürcüstan sərhədi magistral avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsi və tikintisi "Evrascon” ASC şirkəti tərəfindən yerinə yetirilib. Eyni zamanda, yeni liman kompleksinin quru hissəsində tikinti, malların təchizatı və quraşdırılması üzrə işlər və xidmətlər də "Evrascon” ASC tərəfindən aparılmaqdadır.

Liman kompleksi akvatoriyasında (giriş kanalı və dönmə akvatoriyası) dibdərinləşdirmə işləri Hollandiyanın "Van Oord Dredging And Marine Contractors B.V.” şirkəti tərəfindən yerinə yetirilib.

Prezidentin çıxışından dərhal belə nəticəyə gəlmək olar ki, iradların Hollandiya şirkətinə dəxli yoxdur. Bu iradlar məhz yerli şirkətə-"Evrascon” ASC-yə aiddir. Çünki limanın quru hissəsində tikinti, kran və qurğuların alınıb quraşdırılması işləri məhz bu şirkətə sifariş verilib. Və belə məlum olur ki, prezident ötən il ərzində limanın tikintisini bilavasitə nəzarətində saxlayıb və yaranmış problemlərə görə hansısa iri məmurlar buna görə əməlli-başlı tər tökməli olublar.

"Evrascon” ASC (Əvvəlki adı "Azərkörpü” ASC) baş nazirin müavini Abid Şərifova bağlı şirkət hesab edilir. Mətbuat Şərifovun "Evrascon”la bağlılığına dair əvvəllər dəfələrlə yazıb. O da yazılıb ki, bu şirkət hazırda ciddi maliyyə sıxıntısı içərisindədir, şirkətin digər layihələrində işləyən fəhlələr aylarla əmək haqqı ala bilmir. Dəfələrlə "Evrascon”un işçilərinin əmək haqqının ödənilməsi tələbi ilə aksiyalar keçirdiyi məlumdur. Bir sözlə, "Evrascon” Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi tikintisi vaxtında tamamlanmalı olan strateji layihə üçün heç də yaxşı reputasiyalı podratçı hesab edilə bilməz. Axı bu layihədən ölkə iqtisadiyyatının şaxələndirilməsi, Azərbaycan üzərindən keçən İpək Yolu beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların artırılması və beləliklə də ölkənin tranzit gəlirlətinin artımı baxımından çox şey asılıdır. Necə ola bilər ki, podratçı şirkət dövlət büdcəsindən tikinti üçün ayrılmış vəsaitləri istifadə etməyib? Bu, doğrudan da ciddi məsuliyyətsizlik və təsərrüfatsızlıq hesab oluna bilər. Və belə görünür ki, prezidentin səbri tükənib və o, Abid Şərifova bağlı şirkətə sonuncu sərt xəbərdarlığını edib. Cəza tədbirlərindən birinin nədən ibarət olacağını da deyib-büdcə vəsaitləri hesabına inşa edilən tikinti layihələrinə buraxılmamaq. Bu isə "Evrascon” ASC üçün tam iflas demək olardı.

"Evrascon” ASC-in icraçı direktoru Manaf Şirinov özü də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi ilə bağlı işlərdə problem yarandığını təsdiq edib. Mətbuatda yazılanlara görə o, 2015-ci ilin yekunları ilə bağlı səhmdar cəmiyyətin səhmdarlarının yığıncağında şikayətlənib ki, limanın tikintisi ilə bağlı 2014-cü il üçün görülən işlərə görə 50 milyon manatlıq sifariş verilmişdi. Və tələb edilmişdi ki, işlər vaxtında təhvil verilsin.

Ancaq M.Şirinov iddia edir ki, həmin pulu ona büdcədən 2015-ci ilin may-iyun aylarında ödəyiblər. O vaxt isə manat artıq dəyərdən düşmüşdü. "Biz layihəni işləmək üçün məcbur olub maliyyə institutları ilə müqavilə bağlayaraq kreditlər aldıq. Özü də dollar və avro ilə"-Şirinov şirkətin səhmdarlarına niyə divident vermədiyi haqda narazılıqlara cavab olaraq özünü müdafiə etməyə çalışıb. (vritualaz.org)


Oxunma sayı : 8505

SON XƏBƏRLƏR
"Sabah"ın baş redaktoru qalmaqallı "Qarabağ" xəbəri haqda danışdı - ÖZƏL - 21 Oktyabr 2017, 01:53
Səməd Səmədov əməliyyat olundu - 20 Oktyabr 2017, 23:00
Əliyevlə Ərdoğanın D-8 zirvəsindən - Maraqlı fotoları - 20 Oktyabr 2017, 22:24
Bakıda qısa ətəkli qızlara necə baxırlar? - Sorğu - 20 Oktyabr 2017, 21:54
Sadəcə qadınların yaşadığı kənd — Kişilərə giriş qadağandır - FOTO - 20 Oktyabr 2017, 21:08
Vaqif Əsədov: “Sərxoş sürücüləri necə müəyyən ediriksə, söhbət edənləri də elə müəyyən edəcəyik” - 20 Oktyabr 2017, 20:03
Ermənistan ordusunun hərbi hissəsində partlayış: ölənlər var - 20 Oktyabr 2017, 19:41
Vaqif Sadıqov: “Millilərin son oyunlarından hamı narazıdır” - 20 Oktyabr 2017, 19:09
Azercell-dən “Hədsiz” İnternetlə və ilkin ödənişsiz iPhone8 əldə et! - 20 Oktyabr 2017, 17:49
Sükan arxasında söhbət edən sürücülər cərimələnəcək? - RƏSMİ AÇIQLAMA - 20 Oktyabr 2017, 17:38
Azərbaycanda yeni televiziya yaradıldı - 20 Oktyabr 2017, 17:19
Nəsimi rayonunda “Uşaq Hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərə start verildi - 20 Oktyabr 2017, 16:50
“Məscidləri dağıdan ölkə dost ola bilməz” - İlham Əliyev - 20 Oktyabr 2017, 16:45
Bu ərazilərdə sürüşmə sahələri yenidən fəallaşdı - SİYAHI - 20 Oktyabr 2017, 16:41
İş axtaran qız ona edilən təklifdən şok oldu: mesajı paylaşdı - FOTOFAKT - 20 Oktyabr 2017, 16:31
Ayandan cazibədar fotosessiya - dekolte, transparan - 20 Oktyabr 2017, 15:58
Qəbul imtahanlarında maksimum bal 400 olacaq - 20 Oktyabr 2017, 15:46
Azərbaycanlı milyarderin oğlunun maşını satılır: 2 milyon... - FOTO - 20 Oktyabr 2017, 15:39
Tale Heydərov “milyonerlər məhəlləsi”ndəki evinin sənədini itirdi - Qəzetdə elan/ FOTO - 20 Oktyabr 2017, 15:27
Pensiya və maaşlar artacaq - 20 Oktyabr 2017, 15:12
“Nar”-dan yenilənmiş “Günlük” paketləri - 20 Oktyabr 2017, 15:04
“Cümhuriyyətimizi quranların xatirəsi əbədiləşdirilsin” - Qənirə Paşayeva - 20 Oktyabr 2017, 14:56
İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - 20 Oktyabr 2017, 14:51
"Azərbaycan Olimpiya Oyunlarından kənarda qala bilər" - Azad Rəhimov - 20 Oktyabr 2017, 14:23
Qobustanda oğlandan 70 yaşlı anasına qarşı rüsvayçı hərəkət: dəfələrlə cinsi əlaqədə oldu... - 20 Oktyabr 2017, 14:10
Samuxda kişi arvadını ölümcül döydü - 20 Oktyabr 2017, 14:01
“Elə bil, lotoreya oynayırlar” - Oqtay Əsədov - 20 Oktyabr 2017, 13:46
"Avtobusda yaşlılara yer verməyin" - Tanınmış professor - 20 Oktyabr 2017, 13:18
Malik İsaqov Yasamalın yeni icra başçısı olacaq?! - 20 Oktyabr 2017, 13:17
Azərbaycanın hərbiyə ayırdığı vəsaitin məbləği MƏLUM OLDU - 20 Oktyabr 2017, 13:10
"Bank Respublika"nın özbaşınalığı tanınmış vəkili hövsələdən çıxartdı: Bankın xidmətlərindən imtina etdi - 20 Oktyabr 2017, 12:53
“Bakıda böyük partlayış olacaq” - Memardan həyəcanlı açıqlama - 20 Oktyabr 2017, 12:38
İranlı tələbəni öldürən şəxslərin görüntüləri yayıldı – FOTO - 20 Oktyabr 2017, 12:37
Azərbaycanlı qızın efirdəki erotik rəqsi marağa səbəb oldu - VİDEO - 20 Oktyabr 2017, 12:28
Yeni nazirdən ilk açıqlama: "İslahatlara ehtiyac var" - 20 Oktyabr 2017, 12:13
Reanimasiyada olan tanınmış diktor Almaniyaya göndəriləcək - 20 Oktyabr 2017, 12:08
İlham Əliyev və Ərdoğanın iştirakı ilə D-8 Zirvə görüşü başladı - FOTO - 20 Oktyabr 2017, 12:07
Ana doğduğu körpəni xəstəxananın tualetinə atıb, qaçdı - 20 Oktyabr 2017, 11:36
Xoşqədəmin verilişində axtarılan qızın atası özünü asdı - 20 Oktyabr 2017, 11:22
“Maşın”ı tərk edən Mehriban Elşadı "razborkaya çağırdı": "Tək gəl" - 20 Oktyabr 2017, 11:02
Tələbə qəbulu Qaydalarında dəyişiklik edildi - 20 Oktyabr 2017, 10:58
“AtaBank” zamin qadını həbs etdirdi - Borclunun özünü tapa bilmirlər... - 20 Oktyabr 2017, 10:49
Deputatlığa namizəd azərbaycanlı güllələndi - İki dostu və qayınatası ilə birlikdə - FOTO - 20 Oktyabr 2017, 10:45
«Lənkəranski»nin varidatı uğrunda müharibə: göy bazarı, Türkiyə və İtaliyadakı əmlaklar... - 20 Oktyabr 2017, 10:37
"İlk həyat yoldaşım alfons idi "– Səidə Dadaşova - 20 Oktyabr 2017, 10:31
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10