xari

Baku Medical Plaza Babək filialında 2 gündə 2 körpənin həyatı xilas olundu - FOTO

Bütün Xəbərlər
12:20 30.04.2016
8126

Uşaq cərrahiyyəsi və uşaq urologiyası uzmanı Op. Dr. Aqil Abilovdan növbəti uğur.

Baku Medical Plaza Babək filialında 2 gündədaha 2 körpənin həyatı xilas olundu.Xəstəxanadan AZXEBER.COM-a verilən məlumatda deyilir:

"Baku Medical Plazanın Babək filialında doğulan bir körpədə ödlü qusma olması səbəbi ilə axşam saatlarında uşaq cərrahiyyəsində konsultasiya edildi.

Ödlü qusma körpələrdə sıx rast gəlinsə də, adətən təhlükəli olmamaqda və çox hallarda öz-özünə düzəlməkdədir. Ancaq bu uşaqda narahat olduq və tez araşdırmağa qərar verdik. Aparılan müayinələr nəticəsində orta bağırsağın burulması və malrotasiyadan şübhə edilərək təcili olaraq əməliyyat qərarı verdik. Əməliyyatda diaqnoz təsdiqləndi ve uğurlu əməliyyat aparıldı.

Üzərindən daha 24 saat keçməmişdi ki, başqa bir körpə ödlü qusma dianozu ilə xəstəxanaya gətirildi. Bir öncəki gecənin yorğunluğu üzərimizdə olsa da, xəstəni görməyə gəldik ve araşdırmada yenə eyni problemin olduğundan şübhələnildi. Yenə təcili olaraq əməliyyata aldıq ve diaqnoz təsdiqləndi. Əməliyyat uğurla nəticələndi.

Malrotasiya (yəni bağırsaqların ana bətnindəykən dönüşünü tamamlaya bilməməsi) və bununla bağlı olaraq orta bağırsağın burulması anadəngəlmə bir qüsur olub heç də sıx rast gəlinən bir vəziyyət deyil. Orta bağırsaq burulmasında adətən bağırsaqlar çürüməyə başladıqdan sonra qarında şişməyə səbəb olduqdan sonra diaqnoz qoyulduğu üçün əməliyyata gecikilmiş olur və bütün bağırsaqlar itirilmiş olduğundan ölümcül ola bilər. Bir neçə saat belə bütün bağırsaqların itirilməsi üçün kifayət edə bilir.

Hər iki körpə erkən diaqnoz və erkən cərrahiyyə ilə xilas edilmiş oldu. Əməliyyatdan sonrakı baxımı Baku Medical Plaza Babək filialı Neonatologiya şöbəsində uğurla icra edildi, əməliyyatdan sonra körpə 5-ci günündə yedizdirilməyə başlandı. Hər iki uşaq hal-hazırda evdədir və vəziyyətləri əladır.

Baku Medical Plaza Babək filialı uşaq cərrahiyyəsi, pediatriya və neonatolgiya komandası olaraq hər zaman uşaqların keşiyindəyik. Bütün dünyada icra olunan əməliyyat və müalicələri ölkəmizdə də eyni keyfiyyətdə icra etməyə çalışırıq. Məqsədimiz nəinki ölkəmizdən bir çox sağlıq probleminə görə xarici ölkələrə getmək məcburiyyətində qalan xəstələrimizə öz vətənimizdə xidmət etmək, eyni zamanda xaricdən ölkəmizə xəstələrin gəlmək istəyəcəyi keyfiyyətdə bir xidmət verə bilməkdir".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:33 17.05.2021

Gürcüstanın DTX rəisi: "Dmanisidəki insidentlə bağlı saxlanılanlar var"

15:32 17.05.2021

Polis atasının iddiaları ilə bağlı DİN-dən açıqlama

15:21 17.05.2021

Unibank yeni inkişaf mərhələsinə qədəm qoyur

15:13 17.05.2021

Müştərini incidən taksi sürücüsünü döydülər: "Sənin anan, bacın yoxdur?”

15:08 17.05.2021

Maştağada gizli toy keçirmək istədilər: polis basqın etdi (VİDEO)

15:04 17.05.2021

Baş Prokurorluqdan bank əməkdaşının intiharı ilə bağlı - Açıqlama

14:54 17.05.2021

Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına alternativ görmür - Peskov

14:51 17.05.2021

"Bu il Formula 1 zamanı bulvar bağlanmayacaq" - Bakı Şəhər Halqası

14:43 17.05.2021

Məktəblər açıldı, koronavirusa yoluxma sayı artacaq? - Ekspert açıqladı

14:29 17.05.2021

Raquf Orucovun anasının məzarı tapıldı - FOTO

14:16 17.05.2021

"Kapital Bank"ın filial müdiri intihar etdi - BANKDAN AÇIQLAMA

14:04 17.05.2021

Bir sıra ölkələrdə koronavirusla bağlı məhdudiyyətlər yumşaldılır - SİYAHI

13:55 17.05.2021

Gürcüstanda komendant saatının müddəti qısaldıldı

13:49 17.05.2021

Sabahdan Azərbaycanda “Sputnik V” vaksininin vurulmasına başlanılır

13:38 17.05.2021

Azərbaycan ordusu təlimlərdə tapşırıqların növbəti mərhələsini icra edir - VİDEO

13:32 17.05.2021

Azərbaycanda musiqiçinin xanımı intihar etdi - Ərinə xəyanətinin üstü açıldığı üçün