09:38 çərşənbə, 12 Dekabr 2018
SİYASƏT

Azərbaycanlılar ən çox kimi sevirlər? - İsveç şirkətinin sorğusunun nəticəsi

11:23, 06.06.20141711
Azərbaycanlılar ən çox kimi sevirlər? -  İsveç şirkətinin sorğusunun nəticəsi

Azərbaycan vətəndaşları Mersedes, Röya, One Direction, Şeron və FC Real Madridin ən üstün keyfiyyətə malik olmasını hesab edirlər.

Əgər sıravi bir Azərbaycan vətəndaşının ixtiyarında qeyri-məhdud məbləğdə pul olsa idi və alış-veriş zamanı eksklüziv olaraq keyfiyyət əsasında qərar verməli olsa idi, o, Mersedes markalı avtomobil sürərdi, One Direction, Şeron və ya Röyanın konsertlərində iştirak edərdi və yəqin ki, FC Real Madridin oynadığı futbol yarışlarını izləyərdi.

AZXEBER.COM-a göndərilən sorğunun nəticələrini mərkəzi Zürihdə yerləşən ICERTIAS – International Certification Association şirkəti tərəfindən keçirilib. 15 yaşdan yuxarı 1,200 Azərbaycan vətəndaşı, İnternet istifadəçiləri arasında online sorğu vasitəsilə keçirilən bu sorğuda “Sizin şəxsi təcrübə və fikrinizə görə, Azərbaycan bazarında keyfiyyətin tamamilə ən yüksək səviyyəsini təklif edən istehsalçının, yəni, ailə avtomobilləri dilerinin adını söyləyin.” sualı verilib.

Respondentlərin əksəriyyətinin bu suala cavabı belə olmuşdur - “Mersedes”.

Futbol oyunçusu Messi Azərbaycan vətəndaşlarının fikrincə, ən yaxşı keyfiyyət nümayiş etdirən dünya idmançısı kimi, birinci yeri zəbt etmişdirsə, FC Real Madrid onlara görə, dünya miqyasında ən yaxşı idman klubu olmuşdur (idmanın növündən asılı olmayaraq).   

Dünya miqyasında ən yüksək keyfiyyətli musiqi qrupu haqqında suala Azərbaycan vətəndaşlarının əksəriyyətinin verdiyi cavab “One Direction” olmuşdur.  Dünyanın ən yüksək keyfiyyətli musiqi ifaçısı və ya müğənnisi kateqoriyasında suala verilən cavabların birinci yerə çıxardığı ad isə “Röya” olmuşdur. 

Şəxslərin, layihələrin, təşkilatların və s. keyfiyyətinə gəlincə, QUDAL Azərbaycan Sorğusunda iştirak edən respondentlər FK Neftçi futbol klubunu ən yüksək keyfiyyətli Azərbaycan idman klubu (idmanın növündən asılı olmayaraq) kateqoriyasında zirvə mövqeyə yüksəltmişlər, Elnur Məmmədli isə Azərbaycanda ən yüksək səviyyəli idmançı kişi/qadın kateqoriyasında ən yüksək keyfiyyətli idmançı adını almışdır.

Ən yaxşı Azərbaycan musiqi qrupu kimi, QUDAL Sorğusunun azərbaycanlı respondentlərinin əksəriyyəti Şeron qrupunun adını çəkmişdir, Azərbaycanda ən yaxşı müğənni kateqoriyasında isə, Röya azərbayncalılar üçün tam bir qalibdir.   

QUDAL Sorğu layihəsinin kommersiya kateqoriyalarında, Azərbaycan vətəndaşları ən yüksək səviyyəli keyfiyyət təminatçılarının adını çəkir, məsələn: Danone (kateqoriya: yoqurt); Bazarstore (kateqoriya: pərakəndə satış şəbəkəsi); Samsung (kateqoriya: mobil telefon); Nivea (kateqoriya: üz kremi); Apple (noutbuklar); Adidas (idman geyimləri); Beynəlxalq Azərbaycan Bankı (bank); Sirab (mineral su), Bolkart (kredit kartı) və s.

AZXEBER.COM

XƏBƏR LENTİ