09:35 çərşənbə Axşamı, 13 Noyabr 2018
SOSİAL

ATV-nin "Yoxlama"sı "Papa Johns"ı ifşa etdi - VİDEO

15:48, 31.01.201718259
ATV-nin
ATV-nin "Yoxlama" verilişinin növbəti buraxılışı "Papa Johns"da yoxlama aparıb Aparıcı Azər İsmayılov və çəkiliş heyətinin restoranın mətbəxində çəkiliş aparması etirazla qarşılanıb.
 
Lakin bütün bunlara baxmayaraq aparıcı zorla mətbəxə daxil olub. Bundan sonra ətlərin və tərəvəzlərin saxlandığı soyuducu kameraya daxil olmaq istəyən çəkiliş qrupu işçilərin müqaviməti ilə qarşılaşıb. Bundan sonra restoran əməkdaşları ilə az qala əlbəyaxa davaya çıxan aparıcı "Papa Johns"u tərk edib.
 
Bir qədər sonra isə aparıcının sözlərinə görə, restoran rəhbərliyi hadisə yerinə silahlı basqın edildiyini söyləyərək polis çağırıb. Polislər bildirib ki, onlara silahlı basqın xəbəri verilib.
 
Hüquq mühafizə orqanı əməkdaşları polisə yalan informasiya verdiyinə görə, araşdırma aparılacağını və müvafiq tədbirlərin görüləcəyini bildiriblər. Verilişin qalmaqallı növbəti buraxılışından olan kadrları təqdim edirik.
 

 
 

ATV-nin "Yoxlama" verilişindən daha bir qalmaqal by azcanall
XƏBƏR LENTİ