21:58 Şənbə, 06 Noyabr 2017
İQTİSADİYYAT

“ABB bu il sağlamlaşdırılacaq” – YENİ SƏDR

17:02, 11.01.2017386
Salyandakı dəhşətli qətllə bağlı həbs qərarı verildi

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin sonuna qədər sağlamlaşdırma proqramını başa çatdırmaq niyyətindədir. Bunu "APA-Economics"ə açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.

Onun sözlərinə görə, sağlamlaşdırma proqramı çərçivəsində həm dövlət qurumları, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edilir. "Əməkdaşlıq ciddi koordinasiya şəklində həyata keçirilir. Güman edirəm ki, bu il ərzində bankın sağlamlaşdırılmasına nail ola biləcəyik”, – deyə X. Əhədov qeyd edib.

Bankir hazırda ABB-nin balansında olan toksik aktivlərin həcmini açıqlamayıb: "Bu yaxınlarda bununla bağlı ətraflı məlumat veriləcək”.

X. Əhədov əlavə edib ki, Maliyyə Sabitliyi Şurası bankın sağlamlaşdırılması prosesində aktiv iştirak edir. Bankir bankın xərclərinin optimallaşdırılması istiqamətində atılan addımların da uğurla davam etdiyini bildirib: "Biz qeyri-profil aktivlərimizə yenidən baxırıq”.

0
XƏBƏR LENTİ